Dünya

Kondisionerləri işlətməmək tövsiyə olundu - Şok səbəb

07 Aug 2026, 19:40 3 baxış Admin
Kondisionerləri işlətməmək tövsiyə olundu - Şok səbəb

Moldova Prezidenti Maya Sandu ölkədə havaların kəskin istiləşməsi fonunda vətəndaşları elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.

News24.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. Sandu bildirib ki, xüsusilə işdən sonra kondisionerlərin eyni vaxtda kütləvi şəkildə işə salınması elektrik şəbəkəsinə əlavə yük yarada və enerji təchizatında fasilələrə səbəb ola bilər.

"Elektrik kəsintiləri baş verə bilər. Bu, bizdən də asılıdı. Heç olmasa pik saatlarda daha çox qənaət etsək, bu problemlərin qarşısını ala bilərik", – deyə Moldova Prezidenti bildirib.

Qeyd olunur ki, ölkədə temperaturun 37 dərəcəyə yüksəlməsi və Dunay çayında suyun səviyyəsinin kəskin azalması enerji sistemində vəziyyəti çətinləşdirib. Bu səbəbdən Moldova hakimiyyəti elektrik enerjisinə qənaət tədbirlərinin tətbiqinə başlayıb.

Məlumata görə, yaranmış vəziyyət nüvə elektrik stansiyalarının fəaliyyətinə və bununla əlaqədar Şərqi Avropanın bir sıra ölkələrinin enerji təchizatına da təsir göstərib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər