Dünya

Kadırovun oğlu “Çeçenistan Qəhrəmanı” oldu

07 Aug 2026, 21:10 3 baxış Admin
Kadırovun oğlu “Çeçenistan Qəhrəmanı” oldu

Çeçenistan rəhbərinin böyük oğlu, respublika Baş nazirinin müavini və Bədən Tərbiyəsi və İdman naziri Əhməd Kadırova “Çeçenistan Qəhrəmanı”​​​​​​​ adı verilib.


"Bakupost" xəbər verir ki, bu barədə hökumətin sədri Məhəmməd Daudov məlumat yayıb.
“Əziz qardaşı oğlum, Çeçenistan Respublikasının Baş nazirinin müavini və Bədən Tərbiyəsi və İdman naziri Əhməd Ramzanoviç Kadırovu “NOXÇIN PAÇXALXAN KONAX” (“Çeçenistan Qəhrəmanı” - red.) yüksək adına layiq görülməsi münasibətilə təbrik edirəm”, - Daudov yazıb.
Onun sözlərinə görə, fəxri mükafat Əhməd Kadırovun regiona və onun xalqına şəxsi xidmətinin, eləcə də idmanın və bədən tərbiyəsinin inkişafına verdiyi əhəmiyyətli töhfənin layiqincə qiymətləndirilməsidir. Daudov qeyd edib ki, Əhməd Ramzanoviç özünü Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun komandasının layiqli nümayəndəsi kimi sübut edib.
Baş nazir qeyd edib ki, Kadırov doğma respublikasının və Vətəninin rifahı naminə tam sədaqətlə çalışır.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər