Ötən ay 11 aptekdə nöqsan aşkarlandı
04 Aug 2026, 17:27
1 baxış
Admin
İyul ayında Bakı və rayonlarda 78 aptek yoxlanılıb.
Bu barədə News24.az-a Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
Keçirilən yoxlamaların 51-i planlı, 26-sı plandankənar və 1-i yoxlamadan kənar olub.
Nəticələrə əsasən, 11 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.
Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.
Mənbə:
news24.az