Ərdoğanın silah hədiyyəsinə qılıncla cavab verdi
23 Sep 2026, 12:27
1 baxış
Admin
Polşa Prezidenti Karol Navrotski Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana mərasim qılıncı hədiyyə edib.
"Bakupost" xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Hədiyyə iyul ayında Ankarada keçirilən NATO Sammitində Ərdoğanın Navrotskiyə təqdim etdiyi xüsusi hazırlanmış tapançaya qarşılıq kimi qiymətləndirilib.
Mənbə:
bakupost.az