Dünya

"Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm"

23 Sep 2026, 12:02 2 baxış Admin
"Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm"

"TRIPP layihəsinin işə başlaması ilə Ermənistan və onun iqtisadiyyatı üçün yeni dövr başlayacaq".
"Bakupost" Demokrat.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-də illik "Konkordiya" sammitində çıxışı zamanı bildirib.
"Hazırda diqqəti TRIPP layihəsinin həyata keçirilməsinə yönəltmişik, bunun nəticəsində regional qarşılıqlı əlaqələr tam şəkildə təmin olunacaq. TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni dövr açacaq, çünki hər şeydən əvvəl Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq", - deyə Paşinyan qeyd edib.
O həmçinin vurğulayıb ki, Ermənistanın Türkiyə ilə sərhədin və bunun da çərçivəsində dəmir yolu əlaqəsinin açılmasını səbirsizliklə gözləyir.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər