Dünya

Makron: Uşaqlar üçün süni intellekt modelləri araşdırılmalıdır

23 Sep 2026, 13:29 1 baxış Admin
Makron: Uşaqlar üçün süni intellekt modelləri araşdırılmalıdır

Fransa Prezidenti Emmanuel Makron uşaqları qorumaq üçün süni intellekt modellərinin əvvəlcədən araşdırılmalı olduğunu bildirib.

News24.az xəbər verir ki, Makron bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən tədbirdə deyib.

O bildirib ki, süni intellekt artıq uşaqların həyatında mühüm yer tutur və bu texnologiyanın onların inkişafına təsiri araşdırılmalıdır.

Makron qeyd edib ki, sosial media ilə bağlı buraxılan səhvlər süni intellekt sahəsində təkrarlanmamalıdır. Onun sözlərinə görə, uşaqlara təqdim edilən süni intellekt modelləri əvvəlcədən sınaqdan keçirilməli və riskləri müstəqil şəkildə qiymətləndirilməlidir.

Fransa Prezidenti uşaqların hüquqlarına əsaslanan süni intellekt idarəçiliyinin yaradılmasının vacib olduğunu vurğulayıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər