Dünya

Zelenski Trampın istəyini rədd etdi

23 Sep 2026, 14:10 1 baxış Admin
Zelenski Trampın istəyini rədd etdi

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampın Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmaq istəyini rədd edib.
"Bakupost" xəbər verir ki, o, bu barədə “Voll Strit Jurnal”a müsahibəsinə deyib.
Zelenski bildirib ki, Tramp qlobal dizel yanacağının qiymətlərinin artması fonunda Rusiya neft emalı zavodlarına hücumların dayandırılmasını istəyib:
“Bu istək rədd edildi, çünki qiymətlərin artmasına əsas səbəb Ukraynanın Rusiyaya zərbələri deyil, Hörmüz boğazının blokadaya alınmasıdır. Dizelin qiyməti məsələsini məhz bu şəkildə həll etmək istəyirlərsə, onda Ukraynaya Putinin ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb olan addımlarının qarşısını almaqda kömək etmək və onu mülki infrastruktura hücumları dayandırmağa məcbur etmək lazımdır. Dizel qiymətləri bəziləri üçün vacib ola bilər, amma həyatımız bizim üçün daha vacibdir”.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər