“Meta” uşaqlara görə 567 milyon dollar cərimələndi
07 Aug 2026, 19:46
1 baxış
Admin
Nyu-Meksiko məhkəməsi “Meta” korporasiyasının platformalarının uşaqların psixi sağlamlığına zərər vurması iddiası ilə bağlı 567 milyon dollar ödəməsi barədə qərar çıxarıb.
Sənəddə deyilir ki, məhkəmə “Meta” korporasiyasına bu məbləğin dəyən zərərin nəticələrini aradan qaldırmaq üçün yaradılan fonda ödənilməsini tələb edib. Məhkəmə belə bir fondun yaradılmasını dəyən zərərin geniş yayılmış təsirini nəzərə alaraq zəruri hesab edib.
Korporasiya məhkəmənin qərarı ilə razılaşmadığını bildirib və apellyasiya şikayəti vermək niyyətində olduğunu bəyan edib.
Qeyd edək ki, bu ilin mart ayında da münsiflər heyəti “Meta” platformalarının uşaqların psixi sağlamlığına zərər verdiyinə dair qərar çıxarıb və “şirkət 375 milyon dollar cərimə ödəməli olub.
Mənbə:
bakupost.az