Dünya

Çepadan Azərbaycan açıqlaması: “Mövqeyini dəyişəcək”

06 Aug 2026, 17:42 4 baxış Admin
Çepadan Azərbaycan açıqlaması: “Mövqeyini dəyişəcək”

Cənubi Qafqazda vəziyyət İran-ABŞ münaqişəsinin təsiri altında dəyişə bilər və Azərbaycan da mövqeyini dəyişəcək.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa bildirib.
O, həmçinin Bakının Kiyevə silah tədarükçüsü olmayacağını da vurğulayıb.
"Düşünmürəm ki, Azərbaycan silah tədarükçüsü olacaq. Zənnimcə, yaxın gələcəkdə Qafqazdakı vəziyyət bir qədər dəyişəcək. Bu, ilk növbədə İran-ABŞ münaqişəsindəki inkişafla bağlıdır. Və Azərbaycan da fikirləşirəm ki, mövqeyini dəyişəcək, o cümlədən Ukrayna məsələsilə bağlı olaraq", - Çepa qeyd edib.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər