Pişiklərlə bağlı maraqlı FAKT – Mistik qüvvələrlə əlaqəsi...
Pişiklərin uzun müddət bir nöqtəyə və ya boşluğa baxması fövqəltəbii hadisələrlə deyil, onların yüksək həssaslığı ilə əlaqədardır.
News24.az xəbər verir ki, bu barədə baytar Kristina Qrinenko məlumat verib.
Onun sözlərinə görə, pişiklər insanların görə bilmədiyi toz zərrəciklərini, işıq əksini, kiçik həşəratları və onların kölgəsini görə bilir. Güclü eşitmə qabiliyyəti sayəsində isə məişət texnikasından, elektrik naqillərindən və ya həşəratlardan gələn yüksək tezlikli səsləri də hiss edirlər.
Baytar bildirib ki, pişiklərin qoxu hissi və bığları da olduqca həssasdır. Onlar havadakı ən kiçik titrəyişləri, atmosfer təzyiqindəki dəyişiklikləri və ətraf mühitdə baş verən bəzi dəyişiklikləri əvvəlcədən hiss edə bilirlər.
Mütəxəssis qeyd edib ki, insanların "boşluq" kimi gördüyü məkan pişik üçün müxtəlif qoxular, səslər və hərəkətlərlə dolu ola bilər. O vurğulayıb ki, pişiklərin bu davranışının elmi izahı var və bunun mistik qüvvələrlə əlaqəsi yoxdur.