Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
01 Nov 2026, 19:43
2 baxış
Admin
Türkiyənin İzmir vilayətinin Urla və Karaburun rayonlarında 87 qanunsuz miqrant saxlanılıb.
News24.az xəbər verir ki, Sahil Mühafizəsi və Jandarm qüvvələri qanunsuz miqrasiya istiqamətində əməliyyat keçiriblər.
Araşdırma zamanı qanunsuz miqrasiyanı təşkil etdikləri ehtimal edilən 3 şübhəli barəsində hüquqi prosedurlara başlanılıb.
Miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.
Mənbə:
news24.az