Cəmiyyət

610 bal topladı, universitetə qəbul olmadı

26 Aug 2026, 01:52 3 baxış Admin
610 bal topladı, universitetə qəbul olmadı

Ötən gün ölkədə minlərlə abituriyent tələbə adını qazanıb. Bəziləri arzuladığı ixtisasa qəbul olub, bəziləri isə gələn il yenidən şansını sınamaq qərarına gəlib.

News24.az xəbər verir ki, belə şəxslərdən biri də H.G-dır.

O, sosial şəbəkə hesabında 610,4 bal toplamasına baxmayaraq, heç bir universitetə qəbul olmadığını bildirib.

Məlumata görə, IV ixtisas qrupuna hazırlaşan qız yalnız tibb sahəsində təhsil almaq istəyib və ixtisas seçimində sadəcə tibb ixtisasını qeyd edib.

H.G. gələn il yenidən imtahan verəcəyini bildirib. Onun bu qərarı sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bəziləri qızın əzmkarlığını təqdir etsə də, bəziləri 610,4 balla universitetə qəbul olmamasına təəccüblənib. // bakuplus


Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər