İsmayıllıda qəza: 5 nəfər xəsarət aldı
07 Aug 2026, 21:07
3 baxış
Admin
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Talıstan altı adlanan ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub.
Qəza nəticəsində Bakı sakinləri, 1959-cu il təvəllüdlü Lətifət Məmmədova və 1996-cı il təvəllüdlü İbrahim Məmməli, həmçinin İsmayıllı sakinləri, 1959-cu il təvəllüdlü Cavid Süleymanov, 2011-ci il təvəllüdlü Fatimə Zəhra Vahabzadə və 1984-cü il təvəllüdlü Sahil Məmmədov ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (APA)
Mənbə:
news24.az