Cəbrayılda iki kənddə yanğın oldu
07 Aug 2026, 21:29
2 baxış
Admin
Cəbrayıl rayonunda iki kəndin ərazisində açıq sahədə yanğın baş verib.
News24.az xəbər verir ki, hadisə Horovlu və Quycaq kəndlərinin təpəlik və açıq ərazilərində qeydə alınıb.
Məlumata görə, yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılaraq söndürülüb. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Mənbə:
news24.az