Zelenski Serbiyaya səfər etdi: Vuçiçlə görüşəcək
07 Aug 2026, 20:40
2 baxış
Admin
Ukrayna Prezidenti Volodimir Zelenski Serbiyaya səfər edib.
News24.az xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında paylaşım edib.
Ukrayna lideri bildirib ki, səfər çərçivəsində bu gün və sabah Serbiya Prezidenti Aleksandar Vuçiç və Baş nazir Dyuro Macutla mühüm görüşlər keçirəcək.
Zelenskinin sözlərinə görə, görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, Serbiyanın Avropa İttifaqı ilə münasibətləri, qarşılıqlı maraq doğuran digər məsələlər və təhlükəsizlik məsələləri müzakirə olunacaq.
“Ukrayna hər zaman konstruktiv, qarşılıqlı faydalı və qarşılıqlı hörmət əsasında işləməyə hazırdır”, – deyə Zelenski qeyd edib.
Mənbə:
news24.az