Kriminal

Cəlilabadda fərdi yaşayış evi yandı

26 Jul 2026, 16:46 8 baxış Admin
Cəlilabadda fərdi yaşayış evi yandı

Cəlilabad şəhərində ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

News24.az xəbər verir ki, yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılıb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində ev içərisindəki əşyalar və yanar konstruksiyalarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbi müəyyənləşdirilir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər