Payızda çiçək açır, özü isə ölümcül zəhərlidir – Karpatda nadir bitki gül açıb
Soyuqların yaxınlaşdığı bir vaxtda Karpat meşələrində nadir çiçəklərdən biri – rozmariya (Liliaceae) çiçək açıb.
News24.az xəbər verir ki, bu barədə “Lesovitsa” Facebook icması məlumat yayıb.
Payızın sonlarında çiçək açan bitki solmuş yarpaqların arasında bənövşəyi rəngi ilə seçilir. Rozmariyanın ayrı-ayrı populyasiyalarına Polesye və Podolyedə rast gəlinsə də, Ukraynada ən çox Karpatlarda yayılıb. Onun çiçəklənməsi avqustun sonlarından başlayaraq oktyabrın sonunadək davam edir.
Mütəxəssislər isə bitkiyə yalnız tamaşa etməyi tövsiyə edir. Rozmariya Ukraynanın Qırmızı Kitabına “Qiymətləndirilməyib” statusu ilə daxil edilib və onun toplanması qadağandır.
Bundan əlavə, bitki yüksək miqdarda kolxisin ehtiva etdiyi üçün son dərəcə zəhərlidir. Zəhərli maddələr çiçəyin bütün hissələrində, o cümlədən ləçəklərində və kökündə olur. Kolxisinin ən yüksək konsentrasiyası bitkinin yeraltı soğanağında toplanır.
Maddə ürək və daxili orqanlar üçün xüsusilə təhlükəlidir və qəbul edildikdə ağır, hətta ölümcül zəhərlənməyə səbəb ola bilər.
Qeyd olunur ki, yaz aylarında bitkinin gənc yarpaqlarını yeməli quzuqulağı ilə səhv salmaq mümkündür. Bu səbəbdən onun toplanması ciddi təhlükə yaradır.