Maraqlı

Külək turbinlərinin yanında yaşamaq təhlükəlidirmi? – Alimlər araşdırdı

18 Sep 2026, 01:40 1 baxış Admin
Külək turbinlərinin yanında yaşamaq təhlükəlidirmi? – Alimlər araşdırdı

Külək turbinləri yanacaq yandırmadan təmiz enerji istehsal etməyə imkan verir, lakin bəzi insanlar onların yaxınlığında yaşamağın sağlamlıq və təhlükəsizlik baxımından riskli olduğunu düşünür.

News24.az xəbər verir ki, BGR nəşri külək turbinlərinin yaxınlığında yaşamağın təhlükəli olub-olmadığını araşdırıb.

2025-ci ildə ABŞ-nin Kanzas ştatında aparılan araşdırmada ildırım düşməsi nəticəsində külək turbininin pərinin sıradan çıxması və qalıqların 700 metrdən çox məsafəyə yayılması təhlil edilib. Alimlər belə hallarda insanların xəsarət alma ehtimalının aşağı olduğunu bildiriblər. Onların sözlərinə görə, kiçik qalıqlar insanlara ciddi zərər yetirəcək qədər kinetik enerjiyə malik olmayıb.

Mütəxəssislər təhlükəsizlik üçün turbinlərlə yaşayış məntəqələri arasında kifayət qədər məsafə saxlanılmasının vacib olduğunu qeyd edirlər. Həmçinin tornado və buz parçalarının turbinlərdən qoparaq ətrafa yayılması kimi risklərin də layihələndirmə zamanı nəzərə alınması tövsiyə olunur.

Nəşrin məlumatına görə, hazırda ABŞ-də yaşayış məntəqələri ilə külək turbinləri arasında minimum məsafəni müəyyən edən vahid milli qayda yoxdur. Bununla belə, bir çox yerli ərazilərdə turbinin hündürlüyünün 1,1 misli qədər məsafə tələb olunur.

Külək turbinlərinin sağlamlığa təsiri ilə bağlı iddialar da araşdırılıb. Turbinlərin yaratdığı infrosəsin insanlarda “külək turbinləri sindromu”na səbəb olduğu barədə iddialar elmi araşdırmalarda təsdiqlənməyib.

2026-cı ildə aparılan və 10 ildən çox müddətdə 120 min ev təsərrüfatını əhatə edən genişmiqyaslı araşdırmada külək turbinlərinin yaxınlığında yaşayan insanların fiziki və ya psixi sağlamlığında nəzərəçarpacaq pisləşmə aşkarlanmayıb.

Bununla yanaşı, turbinlərin səs-küy yaratdığı bildirilir. 2025-ci ildə Kanadada aparılan araşdırma isə külək turbinlərinin səsinin ciddi yuxu pozuntuları ehtimalını artırmadığını göstərib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər