Dünya

Merz və Tramp Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər

18 Sep 2026, 00:42 2 baxış Admin
Merz və Tramp Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

News24.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə məlumat verib.

Tərəflər Ukraynadakı münaqişənin nizamlanması istiqamətində atılacaq növbəti addımlar və Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Korneliusun sözlərinə görə, liderlər ABŞ-də 2001-ci il 11 sentyabr terror aktlarını da xatırlayıblar. Merz alman və amerikalılar arasında xüsusi əlaqələrin olduğunu vurğulayıb.

Almaniya kansleri, həmçinin ABŞ Konqresinin senator Lindsi Qremin Rusiya ilə bağlı sanksiyalar haqqında qanun layihəsini qəbul etməsini yüksək qiymətləndirib. (APA)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər