Maraqlı

Ən səbirsiz insanlar hansı aylarda doğulur?

18 Sep 2026, 01:02 2 baxış Admin
Ən səbirsiz insanlar hansı aylarda doğulur?

Astrologiya və numerologiyaya görə, insanın doğulduğu ay onun xarakter xüsusiyyətlərinə, o cümlədən səbirli və ya səbirsiz olmasına təsir göstərə bilər.

News24.az xəbər verir ki, “Parade” jurnalının yazdığına görə, aprel, iyun, avqust və dekabr aylarında doğulanlar gözləməyi daha az sevir, istədiklərinə tez çatmağa çalışır və mümkün qədər sürətli hərəkət etməyə üstünlük verirlər.

Aprel

Apreldə doğulanların istədiklərini təxirə salmağı sevmədiyi və fürsət gözləməkdənsə, hərəkətə keçməyə üstünlük verdiyi iddia olunur. Onlar nəticəni tez görmək istəyir və proses uzandıqda səbirsizləşə bilirlər.

İyun

İyun ayında doğulanların uzun müddət gözləməyə çətinlik çəkdiyi bildirilir. Onlar daim yeni ideyalara və məşğuliyyətlərə keçməyə meyllidirlər. Gözləmək isə narahatlıq və tez sıxılma yarada bilər.

Avqust

Avqustda doğulanlar nə istədiklərini bildikdə, qərar verdikdən sonra gözləməyi sevmirlər. Onlar prosesdə irəliləyiş görmək istəyir və problemin həllini gözləməkdənsə, özləri hərəkətə keçməyə üstünlük verirlər.

Dekabr

Dekabrda doğulanların uzun müddət arzuladıqları hadisələri gözləməyə daha həssas yanaşdığı qeyd olunur. Onlar lazımsız gecikmələri və mürəkkəb qaydaları sevmir, nəticəyə daha qısa yolla çatmağa çalışırlar.

Qeyd edək ki, bunlar astrologiya və numerologiyanın irəli sürdüyü iddialardır və elmi fakt kimi qəbul edilmir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər