Kriminal

Cəlilabadda suyun verilməməsi səbəbi açıqlandı

17 Sep 2026, 21:06 1 baxış Admin
Cəlilabadda suyun verilməməsi səbəbi açıqlandı

Cəlilabad rayonunda su nəql edən boru xəttində qəza baş verib.

News24.az xəbər verir ki, hadisə sentyabrın 17-də saat 17:00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb. 225 millimetrlik su borusunda yaranan nasazlıq nəticəsində boru deşilib.

Qəza ilə əlaqədar Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Yolların Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar. Suyun axmasının qarşısı alınıb və ərazidə mühafizə tədbirləri görülüb.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

İşlər başa çatanadək əhalinin su təminatında müvəqqəti fasilə yaranıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər