Cəlilabadda içməli su xəttində qəza oldu, yolu su basdı
17 Sep 2026, 20:03
1 baxış
Admin
Cəlilabad rayonunda içməli su xəttində qəza baş verib.
News24.az xəbər verir ki, hadisə Cəlilabad-Uzuntəpə yolunun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində su yolun hərəkət hissəsinə axıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür. (Report)
Mənbə:
news24.az