Xalq artisti Afaq Bəşirqızının adını çəkib ağladı
17 Sep 2026, 19:55
2 baxış
Admin
Xalq artisti Fatma Mahmudova həmkarı, Xalq artisti Afaq Bəşirqızı haqqında danışarkən duyğulanıb.
"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, aktrisa "Afaq xanım səhnəmizdən əskik olmasın" deyərək həmkarının səhhəti ilə bağlı fikirlərini bölüşüb.
Fatma Mahmudova həm özünün, həm də Afaq Bəşirqızının səhhətində yaranan problemləri xatırladaraq heç kimin xəstə olmasını istəmədiyini vurğulayıb.
"İstedadlı sənətkarlarımız var. Heç kimə xəstəlik arzulamıram. Özüm də xəstəyəm, istəmirəm kimsə xəstələnsin. 32 ildir Musiqili Teatrda çalışıram. Afaq Bəşirqızına deyirəm ki, səhnəmizdən əskik olma. Yaxşıdır, amma demək istəyirəm ki, istəmirəm kimsə xəstə olsun. Tamaşaçının bizə, Afaq xanıma ehtiyacı var. Heç nə etməsin, səhnədə dayansın, heç nə deməsin, o da böyük işdir".
Mənbə:
bakupost.az