Ukraynanın Lvov vilayətində güclü partlayış oldu
17 Sep 2026, 20:46
1 baxış
Admin
Ukraynanın Lvov vilayətinin Nikolayev şəhərində Strıyski rayon ərazi komplektləşdirmə və sosial dəstək mərkəzinin binasının yaxınlığında partlayış olub, nəticədə hərbçi yaralanıb.
News24.az xəbər verir ki, bu barədə Lvov vilayəti ərazi komplektləşdirmə və sosial dəstək mərkəzinin kommunikasiya qrupu "Facebook"da məlumat yayıb.
İlkin məlumata görə, binanın girişinin yaxınlığında naməlum şəxslərin küçədən atdığı ehtimal olunan naməlum qurğu partlayıb.
Yaralanan hərbi qulluqçu Nikolayev mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və istintaq-əməliyyat qrupu çalışır. (Report)
Mənbə:
news24.az