Göygöldə Yaylaq festivalında çardaq aşdı, xəsarət alanlar var – VİDEO/YENİLƏNDİ
25 Jul 2026, 19:57
19 baxış
Admin
İlkin məlumata görə, 4 nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, həmin şəxslər Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirlib. (Qafqazinfo)
**19:32
Göygöl rayonunda keçirilən Yaylaq festivalı zamanı taxtadan hazırlanmış çardaq aşıb.
News24.az xəbər verir ki, festival ərazisində quraşdırılmış taxta kölgəlik aşaraq insanların üzərinə düşüb.
İlkin məlumata görə, bir nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
Yaralıya ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb. (Teleqraf)
Mənbə:
news24.az