Cəbrayılda yanğın başladı
23 Jul 2026, 19:25
21 baxış
Admin
İşğaldan azad edilən Cəbrayıl rayonu ərazisində açıq sahədə yanğın hadisəsi başlayıb.
News24.az xəbər verir ki, yanğın hadisəsi rayonun Hasanlı, Maşanlı və Alıkeyxalı kəndləri ərazisində müşahidə edilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi üçün lazımı tədbirlər görülür. (Unikal)
Mənbə:
news24.az