“Vito” hasara çırpıldı - Yaralılar var
23 Jul 2026, 00:33
23 baxış
Admin
Samuxda yol qəzası olub.
News24.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı sürücü idarəetməni itirib və “Vito” markalı avtomobil hasara çırpılıb.
Qəza zamanı 42 yaşlı Elşən Əliyev və 38 yaşlı Sabir Hüseynov xəsarət alıblar.
Yaralılar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.//qafqazinfo
Mənbə:
news24.az