Ağdamda açıq ərazidə yanğın başladı
22 Jul 2026, 19:58
21 baxış
Admin
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib.
News24.az-ın xəbərinə görə, yanğın hadisəsi rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğının başvermə səbəbi araşdırılır.
Mənbə:
news24.az