Cəlilabadda avtomobil aşdı - 4 nəfər xəsarət aldı
21 Jul 2026, 13:02
17 baxış
Admin
Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, qəza rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Toyota Prado" markalı minik avtomobili aşıb və nəticədə 4 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Avtomobildə azyaşlılarda olmaqla bir ailənin 7 üzvünün olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./Report/
Mənbə:
news24.az