Kriminal

İki gün əvvəl Kəngərlidə qəzada xəsarət alan şəxs öldü

21 Jul 2026, 13:56 21 baxış Admin
İki gün əvvəl Kəngərlidə qəzada xəsarət alan şəxs öldü

İki gün öncə Kəngərlidə baş verən qəzada xəsarət alan şəxslərdən biri ölüb

News24.az xəbər verir ki, Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı bu gün xəstəxanada həyatını itirib.

Qeyd edək ki, "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan övladı 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu da həyatını itirmişdi.

Xəsarət alan digər 4 şəxsin müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər