Raket zərbələri nəticəsində Ukraynadakı səfirliyimizə ziyan dəydi - FOTOLAR
19 Jul 2026, 13:14
17 baxış
Admin
Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.
News24.az xəbər verir ki, zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub.
Stansiyanın giriş hissəsi dağılıb. Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.
Səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.
Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Mənbə:
news24.az