Xocavənddə minalanmış ərazidə yanğın başladı
19 Jul 2026, 09:30
24 baxış
Admin
Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib.
News24.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğının baş verdiyi ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir
Mənbə:
news24.az