Gəncədə körpə öldü: araşdırma aparılır
18 Jul 2026, 20:08
28 baxış
Admin
Gəncədə 1 yaşlı uşağın ölüm faktı qeydə alınıb.
News24.az xəbər verir ki, azyaşlı Tərtər rayonundan Gəncə Birləşmiş Uşaq Xəstəxanasına ağır vəziyyətdə gətirilib.
Xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, J. Təhməzzadənin həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb. (Report)
Mənbə:
news24.az