Kriminal

Gəncədə ev yandı, bir nəfər xəsarət aldı

18 Jul 2026, 20:16 27 baxış Admin
Gəncədə ev yandı, bir nəfər xəsarət aldı

Gəncədə fərdi evdə yanğın olub.

News24.az xəbər verir ki, hadisə şəhərin Rafael Həsənov ünvanında qeydə alınıb.

İlkin məlumata görə, ərazidə mövcud olan quru kol-kosda başlayan yanğın sonradan üçotaqlı evə keçib.

Hadisə zamanı alovu söndürməyə çalışan 2009-cu il təvəllüdlü Əli Məmmədov yıxılaraq xəsarət alıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və yanğın söndürənləri cəlb olunub.

Edilən müdaxilə nəticəsində alov söndürülüb.

Hadisənin səbəbləri araşdırılır. (Qafqazinfo)

Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər