Kriminal

Bakıda 6 ayda 2338 cinayət işi məhkəməyə göndərilib

16 Jul 2026, 17:52 22 baxış Admin
Bakıda 6 ayda 2338 cinayət işi məhkəməyə göndərilib

Bu ilin yanvar-iyun aylarında paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən hesabat dövründə 3148 cinayət işinin istintaqı tamamlanıb, 2338 iş məhkəmələrə göndərilib.

News24.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanlarının birinci yarımilə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb. Onlardan 70 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər