Kriminal

Boynuna yelləncəyin ipi dolanan 3 yaşlı qız həyatını itirdi

16 Jul 2026, 16:42 24 baxış Admin
Boynuna yelləncəyin ipi dolanan 3 yaşlı qız həyatını itirdi

Türkiyənin Qars vilayətində boynuna yelləncəyin ipi dolanan 3 yaşlı qız boğularaq ölüb.

News24.az xəbər verir ki, Nisanur G.-nin evlərinin həyətindəki yelləncəkdə yellənirmiş. Yelləncəyin kəndiri onun boğazına bərk dolanıb. Az sonra ailəsi onun hərəkətsiz vəziyyətdə tapıb. Ailə dərhal təcili tibbi yardıma müraciət edib.

Xəstəxanaya çatdırılan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər