Kriminal

Bakıda yenə avtobus yandı: bu dəfə Lökbatanda – VİDEO

14 Jul 2026, 23:43 25 baxış Admin
Bakıda yenə avtobus yandı: bu dəfə Lökbatanda – VİDEO

Bakıda daha bir marşrut avtobusu yanıb.

News24.az xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib.

Belə ki, “BakuBus”a məxsus, 125 nömrəli xətt üzrə hərəkət edən avtobus “Binə” ticarət mərkəzinin qarşısında qəfil tüstüləməyə başlayıb.

Görülən operativ tədbirlər nəticəsində yanğının miqyasının genişlənməsinin qarşısı dərhal alınıb.

Qeyd edək ki, havaların isinməsi ilə əlaqədar nəqliyyat vasitələrində yanğın hallarının sayı artıb. 8 gün öncə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobus alışmışdı. (Qafqazinfo)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər