Bu ölkədə güclü zəlzələ oldu
14 Jul 2026, 21:30
22 baxış
Admin
Filippinin cənubunda 6,2 maqnitudalı zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatlarında bildirilib.
Qeyd olunub ki, zəlzələnin ocağı 68 km dərinlikdə yerləşib. Episentri təxminən 679 min nəfər əhalisi olan General-Santos şəhərindən 87 km cənubda və Saranqani bələdiyyəsindən 34 km qərb-cənub-qərbdə olub.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. (Report)
Mənbə:
news24.az