Bakıda yanğın: bina sakini tüstüdən zəhərləndi
13 Jul 2026, 09:52
22 baxış
Admin
İyulun 12-də saat 22:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi ərazisindən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə "Bakupost"a TƏBİB-dən bildirilib.
Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
2 nəfərə (1 qadın, 1 kişi) yerində yardım olunub.
1 nəfər (qadın) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Mənbə:
bakupost.az