Kriminal

Füzulidə minalanmış ərazidə yanğın oldu

12 Jul 2026, 23:30 29 baxış Admin
Füzulidə minalanmış ərazidə yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər