Kriminal

Səhər saatlarında ağır qəza - 30 YARALI

12 Jul 2026, 09:11 24 baxış Admin
Səhər saatlarında ağır qəza - 30 YARALI

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb.

Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.(apa)


Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər