Bakıda sağlamlıq mərkəzinin rəhbəri işçi tərəfindən qətlə yetirildi
11 Jul 2026, 20:52
23 baxış
Admin
İyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən “SUDU” sağlamlıq mərkəzində orada işləyən Bakı şəhər sakini, 1988-ci il təvəlüldlü Natiq Fətiyev münaqişə zəminində oranın rəhbəri, paytaxt sakini, 1985-ci il təvəlüldlü Babək Rəhimlini döyərək baş nahiyəsinə küt alətlə vuraraq öldürüb.
News24.az xəbər verir ki, daha sonra meyit Salyan rayonu Kürsəngi kəndinin ərazisində yerləşən gölün kənarına atıb.
Polis əməkdaşları tərəfindən N.Fətiyev tutulub.
Araşdırma aparılır. (APA)
Mənbə:
news24.az