Bakıda ağır qəza: avtomobil iki hissəyə bölündü - Video
07 Jul 2026, 11:16
19 baxış
Admin
Ötən gün Böyükşor-Pirşağı yolunda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, BMW markalı, 77 GE 175 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında olan A.İsmayılov idarəetməni itirib. Nəticədə avtomobil beton plitəyə çırpılaraq, iki hissəyə bölünüb və alışıb.
Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.//APA
Mənbə:
news24.az