Dünya

Qəribabadi: “Tehran danışıqlara açıqdır, amma güzəştə getməyəcək”

23 Nov 2026, 13:32 2 baxış Admin
Qəribabadi: “Tehran danışıqlara açıqdır, amma güzəştə getməyəcək”

İran ABŞ ilə vasitəçi ölkələrin iştirakı ilə aparılan danışıqların davam etdiyini və diplomatiya imkanlarının hələ də açıq olduğunu bəyan edib.
“Bakupost” xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Tehran mümkün bütün ssenarilərə hazırdır. İran öz maraqlarına cavab verən və qəbul edilə bilən razılaşma əldə etmək istəyir.
Qəribabadi qeyd edib ki, İran başqa ölkələri razı salmaq və ya razılığa gəlmək naminə öz mövqeyindən güzəştə getmək üçün danışıqlar aparmır.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər