Dünya iqtisadiyyatı tənəzzülə sürüklənir – FES nə qərar verəcək?
23 Nov 2026, 13:41
2 baxış
Admin
ABŞ maliyyə naziri Skott Bessent FES-in faizləri həddindən artıq artırmasının iqtisadiyyatı tənəzzülə sürükləyə biləcəyini bildirib.
“Bakupost” xəbər verir ki, Bessent son aylarda maliyyə şərtlərinin ciddi şəkildə sərtləşdiyini və əlavə faiz artımının səhv qərar ola biləcəyini deyib.
Bəzi FES rəsmiləri inflyasiya təzyiqlərini əsas gətirərək dekabrda faizlərin artırılmasını dəstəkləyirlər. FES rəsmisi Kristofer Uoller isə 0,5 faiz bəndi artımın müzakirə edilməli olduğunu bildirib.
Milyarder investor Bill Akman da faiz artımlarının davam etməsinin ABŞ və dünya iqtisadiyyatını resessiyaya sürükləyə biləcəyi barədə xəbərdarlıq edib. O, 2 faizlik inflyasiya hədəfi əvəzinə 3 faizin daha real olduğunu düşünür.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az