Qaraciyərizin sağlam olmasını istəyirsinizsə, bunları yeyin
23 Nov 2026, 13:13
2 baxış
Admin
Qidalanma üzrə mütəxəssis Yelena Jelyanina qaraciyərin fəaliyyətini dəstəkləməyə kömək edən qidaların adlarını açıqlayıb.
News24.az-ın məlumatına görə, mütəxəssis çuğundur və yarpaqlı göyərtilərin qaraciyər sağlamlığı üçün faydalı olduğunu bildirib.
Onun sözlərinə görə, yumurta, paxlalı bitkilər və yağsız ət də gündəlik qidalanmada yer almalıdır. Bu məhsulların tərkibində fermentlərin sintezi üçün vacib olan zülal və amin turşuları mövcuddur.
Jelyanina brokoli, gül kələmi və Brüssel kələminin də faydalarına diqqət çəkib. Bu tərəvəzlər fermentlərin fəaliyyətini dəstəkləyən qlükozinolatlarla zəngindir.
Mənbə:
news24.az