Cəmiyyət

Qəzada ölən aparıcının son paylaşımı

23 Nov 2026, 13:23 2 baxış Admin
Qəzada ölən aparıcının son paylaşımı

Ad günündən qayıdarkən qəzada həyatını itirən aparıcı Ada Süleymanın son paylaşımı diqqət çəkib.
"Bakupost" xəbər verir ki ad günü ilə bağlı video paylaşan aparıcının bu sözləri yazdığı məlum olub:
“Əzizlərim, bu, bir doğum günü deyil... Bu, bir hesabatdır! Qısa bir zaman kəsiyində qət etdiyim yolun, dəyişən düşüncələrimin, böyüyən ruhumun, toxunduğum qəlblərin hesabatı... Bu, dünənki mənlə bugünkü mən arasındakı məsafənin hekayəsidir.
Amma bu, hələ yolun başlanğıcıdır. Qarşıda yazılacaq çox hekayəm, qət ediləcək çox yolum var!
Gözünüzün önündə böyüyür, dəyişir və öz hekayəmi yazıram...
Sevgilərlə, sizin Ada”.
Xatırladaq ki, aparıcı Ada Süleyman ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtoqəzada həyatını itirib.

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər