Digər

“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa

26 Aug 2026, 16:20 1 baxış Admin
“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa

Tanınmış aktrisa Rumiyyə Ağayeva “Kontakt Home” mağazalar şəbəkəsindən şikayətçidir.
“Bakupost” xəbər verir ki, o, paylaşdığı videoda mağazadan aldığı robot tozsoranın qısa müddət sonra xarab olduğunu və məhsulu geri qaytarmaq istəyərkən mağaza ilə ciddi problem yaşadığını bildirib.
Onun sözlərinə görə, ötən ilin may ayında “Kontakt Home” mağazalarından birindən “Xiaomi X Pro 20+” robot tozsoranı alıb. O, məhsulu “Qızıl Zəmanət”lə aldığı üçün tozsoranın qiymətindən əlavə 300 manatdan çox pul ödəyib.
Aktrisa bildirib ki, ona 3 il ərzində məhsulda problem yaranacağı halda dəyişdirilmə, pulun geri qaytarılması və digər imkanların təqdim olunacağı deyilib:
“2-3 ay sonra tozsoran xarab oldu. Məhsulu mağazaya apararaq “Qızıl Zəmanət” şərtlərinə uyğun qaytarmaq istədiyimi bildirdim. Məhsul servisə göndərildi. Rasim adlı əməkdaş mənə dedi ki, servis zavod qüsurunu təsdiqləsə, ödənişin 100 faizi kompensasiya ediləcək. Problem müştərinin günahı ucbatından yaranıbsa, 50 faiz kompensasiya veriləcək”.
Rumiyyə Ağayeva iddia edib ki, həmin əməkdaş daha sonra servisin rəyini gözləmədən ona yeni “Xiaomi X Pro 5” robot tozsoranı götürməyi təklif edib:
“Dedi ki, kompensasiya müəyyənləşdikdən sonra yeni məhsulun ödənişini həmin məbləğ hesabına edə bilərəm. Hətta yanımdakı dostum bir neçə dəfə mənə servisin rəyini gözləməyi məsləhət görsə də, mağaza əməkdaşının dediklərinə inanaraq məhsulu götürdüm”.
Aktrisa deyib ki, bir müddət sonra ona məlumat verilməyib və özü servislə əlaqə saxlayıb. Servisdə isə məhsulun təmir edildiyini və zavod qüsurunun olduğunu bildiriblər. Bundan sonra kompensasiya üçün mağazaya müraciət edən aktrisaya köhnə tozsoranın hazır olduğu və onu götürə biləcəyi deyilib.
“Mən məhsulu artıq götürmək istəmədiyimi, Rasim adlı əməkdaşın təklifi ilə yeni tozsoran aldığımı bildirdim. Uğur adlı əməkdaş əvvəlcə belə bir təklifin edilməsinin mümkün olmadığını söylədi. Mən isə zənglərin araşdırılmasını istədim.
Təxminən 2-3 saat sonra mənimlə yenidən əlaqə saxlanıldı. Bildirildi ki, əməkdaşla danışılıb və onun səhv etdiyi məlum olub. Lakin həmin səhvə görə mənə yalnız yeni məhsul alacağım təqdirdə 50 manatlıq kupon verilə biləcəyi, kompensasiyanın isə ödənilməyəcəyi deyildi. Mən isə yeni məhsulu artıq mağaza əməkdaşının sözlərinə əsasən götürmüşəm. İndi zəng edib Uğur adlı şəxsə deyirəm ki, mağazada araşdırma aparın, işçiniz mənə yalan danışıb. Nəticədə belə çıxır ki, yalançı da, aldadılan və kiminsə səhvinə görə pul verən də mənəm”.
Aktrisa sonda əlavə edib ki, mağazadan yeni götürdüyü “Xiaomi X Pro 5” robot tozsoranda da problem yaranıb.
Lalə, BakuPost




Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər