AKP-nin diplomatik nəzakətsizlikləri Bakının səbr kasasını daşırdı -
03 Nov 2026, 17:43
1 baxış
Admin
Türkiyəli siyasi şərhçi İlay Aksoy Türkiyənin xarici siyasətindəki diplomatik səhvləri və Azərbaycanla münasibətlərdə yaranan narazılıqları gündəmə gətirib.
"Bakupost" xəbər verir ki, Aksoy bu barədə özünün "YouTube" kanalında yayımladığı videoda danışıb.
İlay Aksoy Azərbaycandan elektron poçt vasitəsilə aldığı məktubu oxuyaraq Türkiyə-Azərbaycan münasibətlərindəki mövcud problemlərə toxunub. O, məktub müəllifinin iki ölkə arasında yaranmış gərginliyin səbəblərini səmimi və ətraflı şəkildə ifadə etdiyini vurğulayıb.
Daha sonra məktubda səsləndirilən fikirlərə münasibət bildirən Aksoy Türkiyənin xarici siyasətindəki yanaşmaları və diplomatik münasibətlərdə yol verilən nöqsanları şərh edib.
"Bu yazıdan görürük ki, illər ərzində AKP tərəfindən üzləşdiyi diplomatik nəzakətsizliklər, ən son isə Hakan Fidanın İsrail Prezidenti Hersoqun çıxış edəcəyi zaman zalı olduqca nümayişkaranə şəkildə tərk etməsi, haqlı olaraq Azərbaycanda səbr kasasını daşıran son damla olub.AKP-nin xarici siyasətindəki yanaşmalar çoxsaylı çatışmazlıqlarla doludur.Bu gün bu yazını oxuyarkən açığı, ağlıma daha iki ölkə gəldi. Bunlar Suriya Ərəb Respublikası və Şimali Kipr Türk Respublikasıdır. 2022-ci ildə miqrasiya məsələsini araşdırmaq üçün Livana getmişdim. Səfər proqramı çərçivəsində, xüsusilə Livanda yerləşən Suriya səfirini də ziyarət etdim.Cənab səfir mənə bildirmişdi ki, mənim səfərimdən əvvəl, düz 11 il ərzində ilk dəfə idi ki, bir türk nümayəndə heyəti onları ziyarət edirdi.Yəni, həqiqətən də buna çox təəccübləndim. Səfir bizim yanımıza gələndə də xüsusilə baş vermiş böyük bir yanlışlığı mənə çatdırmaq istədi.O da bildirdi ki, iki dövlət arasındakı bütün görüşmələr Əhməd Davudoğlu tərəfindən aparılırdı. Lakin bütün görüşlərin protokolları mövcud olmasına baxmayaraq, Davudoğlu İstanbulda aparılan danışıqlarda müzakirə olunan məsələləri Türkiyədə Prezident Ərdoğana tamamilə fərqli şəkildə çatdırırmış. Sonradan bir çox mənbədə oxudum ki, Davudoğlu həmin görüşlər zamanı Bəşər Əsədə Müsəlman Qardaşlarından ibarət siyahılar təqdim edib və onların Suriya Ərəb Respublikasının dövlət idarəetməsində yüksək vəzifələrə yerləşdirilməsinin vacibliyini bildirib.Bundan əlavə, bir çox qeydlərdə yer alan məlumata görə, AKP-nin bu tələbləri artıq o qədər həddini aşmışdı ki, Əsəd Davudoğluna belə bir sual vermişdi:Siz Türkiyənin xarici işlər nazirisiniz, yoxsa Amerikanın səfirisiniz?" Yəni Suriyaya da ayrıca, suveren bir dövlət kimi deyil, sanki Türkiyənin 82-ci vilayətiymiş kimi münasibət göstərilməsinin, əslində, bu gün gəlib çatdığımız nöqtədə nə qədər ağır nəticələr doğurduğunu gördük.Gəlib çatdığımız nöqtədə nə baş verdi? 911 kilometrlik sərhədimizi Amerikanın yaratdığı iki terror təşkilatı – YPG və HTŞ ilə bölüşürük. Suriyada keçirilən mətbuat konfransı zamanı dövlət adlandırılmasına belə min şahid lazım olan bu terrorçu qruplaşmanın nümayəndələri Fidan danışarkən onun sözünü kəsdilər və çıxışını dərhal dayandırdılar. Fidandan isə heç bir etiraz da gəlmədi. Şimali Kipr Türk Cümhuriyyətinə gəldikdə isə, xüsusilə Rum tərəfinin hər fürsətdə Türkiyəni işğalçı adlandırması, əleyhimizə inanılmaz dərəcədə təhrikedici kampaniyalar aparması, sanki nifrətlə dolu nəsillər yetişdirməyə çalışması və İsrail tərəfindən əvvəlcə Cənubi Kiprin, daha sonra isə Şimali Kiprin ələ keçirilməsini nəzərdə tutan işğal layihəsinin açıq şəkildə ortada olmasına baxmayaraq, Fidanın onlara qarşı dəfələrlə prinsipial mövqe nümayiş etdirməməsi və danışıqları dayandırmaması ciddi suallar doğurur. Türkiyə, əlbəttə ki, çox güclüdür və qüdrətli bir dövlətdir. Ancaq qonşuları ilə qurduğu möhkəm dostluq münasibətləri sayəsində daha da güclənəcəkdir. Çünki güc də yayılır, zəiflik də. Bəs bu gün Şimali Kipr niyə sənayesi, kənd təsərrüfatı, texnologiyası, investisiyaları və ya turizmi ilə gündəmə gəlməsin?Qarşı tərəfə nə qədər yuxarıdan baxsanız, əslində, bir o qədər özünüzü kiçiltmiş olursunuz. Məhz buna görə bu gün Azərbaycandan gələn bu məktubu sizinlə xüsusilə paylaşmaq istədim. Çünki bir vətəndaş, bir soydaşımız səhər saat 5-də belə bir yazı yazmağa ehtiyac duyursa, deməli, iki dövlətin gələcəyi ilə bağlı dərin narahatlıqlar yaşayır və münasibətlərin pozulmasını istəmir. Ona görə də burada daha fərqli, daha yetkin, dövlətin maraqlarını və nüfuzunu layiqincə təmsil edən bir xarici siyasət yürütməyimiz vacibdir", - o qeyd edib.
Yasəmən, BakuPost
Mənbə:
bakupost.az