Qızılın qiyməti sabitləşdi
03 Nov 2026, 16:59
1 baxış
Admin
Qızılın qiyməti əvvəlki gün 1,9 faiz artdıqdan sonra sabit qalıb.
“Bakupost” xəbər verir ki, qızılın bir troya unsiyası təxminən 3950 dollar ətrafında ticarət olunub.
ABŞ və İran arasında danışıqlarda irəliləyiş ehtimalı fonunda neft qiymətləri 7 faizdən çox ucuzlaşıb. Bununla belə, Yaxın Şərqdəki müharibənin enerji qiymətlərinə və inflyasiyaya təsiri qızıl bazarına təzyiq göstərir.
Qızıl oktyabr ayında 6,8 faiz ucuzlaşaraq son bir ilin ən aşağı səviyyəsinə enib. Son qiymət göstəricilərinə görə, bir unsiya qızıl 3944,23 dollar, gümüş isə 50,23 dollar olub.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az